Putin Ukraynada atəşkəs şərtini açıqladı

"Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün şərtini açıqlayib. Qeyd edib ki, Ukrayna qoşunlarını Donbas,   Xerson və Zaparojedən çəkdikdən sonra danışıqlara hazırdır və atəşkəsə gedə bilər".



Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Qərbin Ukraynaya hərbi yardımlarının intensiv həyata keçirildiyi və Rusiya qoşunlarının Xarkov istiqamətində hücumunun durdurulması fonunda V. Putin atəşkəs şərtini açıqlaması Moskvanın danışıqlara hazır olduğunun mesajıdır. Sadəcə, bu kimi açıqlama verilməsi, özlüyündə danışıqların üstümdən xətt çəkir. Amma, Rusiya prezidenti danışıqlarda güzəştə gedə bilər. Bu güzəşt həç də Rusiya qoşunlarının Ukraynadan tam çıxarılmasına əsaslanmayacaq. Ona görə də V. Putin çalışır ki, ABŞ -la bazarlığa getsin. 
V. Putin bu açıqlama ilə, yəni demək istəyir ki, danışmağa hazıram.
Rusiyanın şərtləri ilə Qərb masa arxasına əyləşməyəcək. ABŞ öz şərtlərini masaya qoyub, Rusiyanın onun oturmasını gözləyəcək. Həmin vaxta kimi Ukraynada müharibə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31