Ulu Öndər gərginlik və qarşıdurmaya son qoydu
15 İyun 2024 10:48 Siyasət"Bu gün tariximizin ən şərəfli səhifələrindən biri - 15 İyun Milli Qurtuluş Günüdür".
Olaylar xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib:

"1993-cü il iyunun 15-də Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin intizarında olan milyonlarla insanın çağırışının nəticəsi olaraq Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı və Ali Sovetin sədri seçildi.
Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
Xalqımızı Qurtuluş Günü münasibəti ilə təbrik edir, Heydər Əliyev ideyalarının davamçısı olan prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizə daha böyük nailiyyətlər arzu edirəm!"