Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir-Deputat

"Bu gün biz Ermənistan Konstitusiyasının dəyişilməsi və oradan qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etməsinin önəmindən danışırıq. Ermənistan hökuməti başa düşməlidir ki, burada hər hansı fobiya yoxdur". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputatlar 11 məsələnin müzakirəsinə yığışıblar

Deputat bildirib ki, müharibədən sonra öz konstitusiyalarına dəyişiklik edən ölkələr edib: "Məsələn, Almaniya, İtaliya İkinci Dünya müharibəsindən sonra öz konstitusiyasına dəyişiklik edib, öz varislərindən imtina ediblər. Ermənistanın yaxın dostu olan Fransa da 1947-ci ildə bunu edib. Bütün bunlar onu göstərir ki, Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır".

Tural Gəncəliyev Avropa Parlamentində sağ radikalların yer qazanmasına da toxunub və bildirib ki, bu, azərbaycanfobiyanı, islamafobiyanı artıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31