Ermənistanda baş verən proseslər bütün dünyanın gözü qarşısındadır - ÖZƏL
13 İyun 2024 18:12 Siyasət"Ermənistanda baş verən proseslər bütün dünyanın gözü qarşısındadır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Normalda orada polisin şiddət tətbiq etməsi qınanmalı idi. Özəlliklə də,beynəlxalq insan haqları təşkilatları, eləcə də ABŞ Dövlət Departamenti, Avropa Birliyinin ayrı-ayrı institutları tərəfindən buna sərt reaksiya verilməli idi. Amma gördüyümüz kimi hamı susub, heç bir reaksiya vermirlər. Bu da bir daha sübut edir ki, dünyada belə məsələlərə yanaşmada ikili standart var. Yəni bizimkilər, bizdən olanlar, bizim sözümüzü eşidənlər hər cür zorakılıq edə, insan haqlarını poza bilər. Bizimlə mübahisə edənlər, yaxud öz mövqeyini ifadə edənlər azacıq bir səhv etsələr, onlar mütləq tənqid olunmalıdır. Bax, bu münasibət məhz bundan qaynaqlanır. Ermənistanda baş verənlər də bunun çox bariz bir nümunəsidir".