Şuşa Bəyannaməsinin əhəmiyyəti- ÖZƏL
13 İyun 2024 16:40 Siyasət"Şuşa Bəyannaməsi Azərbaycan tarixində müttəfiqlik səviyyəsində imzalanmış ilk sazişdir. Saziş haqqında danışmaqdan çox yaxşı olar ki, onun əhəmiyyətinə fikir verilsin".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Texniki şərtlər içərisində daha çox mənəvi, eyni zamanda real güc balanslarının müdafiəsi, qorunması, təşkil olunması və birlikdə hərbi iştirak, "iki ölkə, bir ordu" sistemi, vahid hərbi təhlükəsizlik mexanizmi, vahid hərbi təhlükəsizlik ərazisi və vahid hərbi təhlükəsizlik qayğılarının birgə dəf olunması məsələlərini özündə əks etdirir. Bu, o deməkdir ki, Azərbaycanla Türkiyənin regional hərbi təhlükələrə qarşı birgə hərbi reaksiya verməsi həm də iki Türk ölkəsi, iki qardaş üçün bərabər şəkildə yeni regional düzənin qurulmasında iştirakının başlanğıcı, təməlləridir. Sırf Qarabağ üzərindən ölçülür, lakin onun verdiyi praktika daha çox "yüz milyonluq xalqın bir milyonluq ordusu" anlayışına gəlib çıxır. Bu, digər Türk dövlətləri üçün ciddi president yaradır. Bu cəhətdən də qiymətləndirmək lazımdır və şübhə yoxdur ki, Azərbaycanın qələbəsinin qalıcı olmasında üçüncü tərəflərin, digər dünya güclərinin təhdidlərinə qarşı Türkiyə ilə bərabər çıxış etmək məsələsini də faktlaşdırdı və reallaşdırdı".
Qiymət Mahir