“Tarixi Ermənistan”dan “real Ermənistan”a keçid-Oqtay Qasımov- ÖZƏL
13 İyun 2024 14:39 Siyasət"Nikol Paşinyanın dünən Parlamentdə çıxışı əvvəlcədən planlaşdırılmış və erməni cəmiyyətinə açıq şəkildə olacaq mesajlardan ibarət oldu. Təsadüfi deyildi ki, Ermənistan üçün gərgin, daxili etirazların davam etdiyi dövrdə bu açıqlamaların verilməsi vacibdir".
.jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Paşinyan bununla erməni cəmiyyətinə bir daha reallıqları göstərdi. Qarabağın Ermənistana birləşdirilməsi, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi ilə bağlı xülyəlarının real heç bir əsasının olmadığını və dünya birliyinin bunu qəbul etmədiyini bir daha söyləməklə əslində, erməni cəmiyyətinə özünün təklif etdiyi "tarixi Ermənistan"dan real Ermənistana keçid və bu prosesə tərəfdar çıxmağa səsləniş kimi də dəyərləndirmək olar. Bu tipli reallıqların erməni cəmiyyətinə çatdırılması bu cəmiyyətin xəstə təxəyyüldən və utopik ideyalardan qurtulmasının yollarından biridir ki, Paşinyan bunu etməyə çalışır. Əslində, Paşinyan reallıqları söyləyib. Sadəcə olaraq bir çox havadarları Ermənistanı onilliklər boyu müəyyən vədlər və təkliflərlə bu prosesə sürükləyib. Erməni cəmiyyəti də həmin güclərin əlində alətə çevrilib. Heç təsadüfi deyil ki, Paşinyan öz çıxışında bildirdi ki, əslində, onlar olmasaydı Ermənistan dövlətçiliyini itirib hansısa bir dövlətin vilayətinə çevrilə bilərdi ki, burda da hansı dövləti nəzərdə tutduğunu təsəvvür etmək çətin deyil".
Zeynəb Rzayeva
Olaylar.az