Şuşa bəyannaməsi Azərbaycan üçün Türkiyənin təhlükəsizlik qarantiyasının olması deməkdir - ÖZƏL

"Azərbaycan və Türkiyə hazırda tarixi dövrlərini yaşayırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Hər iki dövlət arasında münasibətlər bəlkə də indi tarixin olmadığı bir vəziyyətindədir və hər iki dövlət, hər iki dövlətin tərkibində yaşayan xalqlar, bu məsələlərdən çox böyük fayda götürürlər. İki dövlətin münasibətlərinin bu şəkildə olması, istər Qarabağ probleminin həllində, istər digər regional məsələlərdə, istər iqtisadi, hərbi və ticarət, təhsil bütün sahələrdə özünü göstərir. Amma bunların hamısının əsas yüksək göstəriciləri təbii ki, Şuşa bəyannaməsidir ki, o, iki dövlət arasında bütün münasibətlərin strateji istiqamətlərini, gələcək perspektivlərini təsdiqləyir, göstərir. Eyni zamanda deyim ki, yəni Şuşa bəyannaməsinin olması Azərbaycan üçün Türkiyənin təhlükəsizlik qarantiyasının olması deməkdir, Türkiyə üçün də Azərbaycanın qardaş dəstəyinin göstəricisidir. Biz onsuz da bunları bilirik və müxtəlif buna qədərki sənədlər bunu təsdiqləyir. Amma Şuşa bəyannaməsi bu məsələnin zirvəsi oldu və bu sənəd həm də xarici güclərə qarşı, iki dövlətə təzyiq etmək istəyən, müxtəlif niyyətlərini həyata keçirmək istəyənlərə qarşı da bir növ cavab sənədi kimi də qəbul edilə bilər. Bu baxımdan, onun mövcudluğu və əhəmiyyətli təsiri çox böyük hadisədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31