Qapalı dairədəki ideoloji zəhər balonları partlamaqdadır- ÖZƏL

Ermənistanı həmişə diri saxlayan, ayaqda saxlayan Azərbaycan amili olub, SSRi vaxtı da, işğal dönəmində də, indi də.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Sonuncu reallıqlar çox fərqlidir. Dağıdıcı və birləşdirici, motivasiyaedici daşnak ideologiyası -  kilsənin rəhbərliyi ilə bunu mükəmməl şəkildə bacarırdı.
Azərbaycanın qalibiyyəti ilə həmin seriya pozuldu. İndinin özündə, yəni dünən İrəvanda baş verən qanlı toqquşmalardan sonra daxili gərginliyi sərhəddə daşımağa çalışaraq, Naxçıvanı atəşə tutublar, Azərbaycan adekvat cavab verib, içəriyə preventiv zərbə vursa, dərhal Respublika meydanı boşalacaq və daxili birlik təmin ediləcək kimi düşüncələr var.
Amma dövr o deyil, çünki birləşmiş Ermənistanın da qarşımızda şansının olması mümkün deyil.
Bax, bu qapalı dairədəki ideoloji zəhər balonları partlamaqdadır. Özü özünü sancacaq əqrəb kimi..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31