Fransada əhaliyə qarşı zorakılıq halları ən yüksək həddə çatıb- ÖZƏL

Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb ki, Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

"Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

"Azərbaycanın Xarici İşlər Nazirliyi belə məlumat yaymaqda tamamilə haqlıdır. Fransada insan haqları kobud şəkildə pozulmaqdadır. İnsanların azad toplaşma və fikirlərini ifadə etmək hüquqları ciddi şəkildə məhdudlaşdırılıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Fransa həmişə bu mövzularda başqa ölkələrə irad bildirən ölkədir. Buna baxmayaraq Fransa özü başqa ölkələrə irad bildirdiyi mövzuların tam əksini edir. Fransada əhaliyə qarşı zorakılıq halları ən yüksək həddə çatıb. Fransa hökümətinin siyasətinə etiraz edən insanlar təqib olunur, həbs edilir, hətta işdən azad olunan şəxlərin mövcudluğu haqqında da məlumatlar var. Ona görə də Azərbaycan XİN haqlı olaraq bu cür iradlar bildirir. Başqalarına irad bildirən Fransa ilk növbədə özünün yol verdiyi zorakılıq hallarını aradan qaldırmalıdır. Demokratiya və insan haqları sahəsində müxtəlif iradlar irəli sürməməlidir. İlk növbədə Makron hakimiyyəti Fransada demokratiya və insan haqlarının təmin olunması istiqamətində ciddi addımlar atmağa borcludur. Azad fikir bildirməyə çalışan insanlara qarşı Fransada zorakılıq hallarının yayılması həqiqətən yolverilməzdir. Azərbaycan hökümətinin, XİN-in bu məsələyə prinsipial yanaşması təqdirə layiqdir. Bu, Azərbaycanın beynəlxalq mövqeyinə tamamilə uyğundur".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31