Fransanın polis zorakılığına yol verməsi qəbuledilən deyil- ÖZƏL

"Fransada belə halın baş verməsi ilk deyil. Başqa dövlətlərin daxili işlərinə qarışan Fransanın özündə etirazlar, aksiyalar zamanı  polis zorakılığının şahidi oluruq".


 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Bir dəfə Əlcəzair əsilli gəncin öldürülməsi ilə də bağlı məlumatlar da yayılmışdı. O da polis zorakılığından doğan hadisə idi. Ondan sonra ölkədə etirazlar baş vermişdi. Tələbələrin etirazı zamanı da onlara qarşı zorakılıq olmuşdu. Ölkədə baş verən etirazlara qarşı hər zaman polis zoraklığının şahidi oluruq. Bu da onlardan biridir və qətiyyən qəbul edilən deyil. Özünü demokratik, insan hüquqlarının qoruyucusu adlandıran dövlətin polis zorakılığına yol verməsi qəbuledilən deyil. XİN-in bəyanatını dəstəkləyir, Fransa polisini etirazçılara qarşı zorakılığa son qoymağa çağırıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31