Şuşa Bəyənnaməsi ilə Türkiyə-Azərbaycan döstluğu yeni mərhələyə qədəm qoydu- ÖZƏL
13 İyun 2024 11:57 Siyasət"15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Həmin tarixdə imzalanan Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar". "Olaylar" xəbər verir ki, bunu YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev deyib: " Beləliklə, işğaldan azad edilən Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın yaratdığı reallığın eyni zamanda qlobal təqdimatı da həyata keçirildi. 44 günlük müharibədə dağıdıcı qüvvəni tərksilah etdikdən sonra region yeni nəfəs almağa başladı və durmadan dünyaya açılır. Beləliklə, Qafqazın tarixi yenidən yazılır. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. Faktiki olaraq sağlam qüvvələrin hamısı bu prosesi təqdirlə qarşılayır, çünki həm müharibəyə son qoyuldu, həm faşizmin başını kəsdik, həm də yeni imkanlar: kommunikasiyalar, tranzitlər, insanların gediş -gəlişləri, resursların mübadiləsi və s. açılır. İkinci Qarabağ savaşından sonra ölkəmizin çoxsaylı uğurları olub və hələ bu yolun ortalarıdır. Bəlkə də yüz, iki yüz ildə bir dəfə yaşanan bir tarixin canlı şahidləriyik. Həqiqətən də Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır, həm də bəyənir".
Alim Hüseynli
Olaylar.az