Şuşa Bəyənnaməsinin iyunun 15-də imzalanması tarixi əhəmiyyət kəsb edir- ÖZƏL
13 İyun 2024 11:43 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənəd ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açır". "Olaylar" xəbər verir ki, bunu YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib: "Şuşa Bəyannaməsinin mühüm əhəmiyyət kəsb edən cəhətlərindən biri də budur ki, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Bu fonda regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur. Diqqətəlayiq haldır ki, bu gün Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Həmçinin ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir".
Alim Hüseynli
Olaylar.az