Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
13 İyun 2024 11:32 SiyasətNaxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31