Azərbaycan - Misir əlaqələri daha da inkişaf edəcək- ÖZƏL
13 İyun 2024 10:37 Siyasət"Tarixən Azərbaycan və Misir dövlətləri bir-biri ilə dostluq və qardaşlıq münasibətlərində olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanla Misir arasındakı münasibətlər dinamik şəkildə və yüksələn xətlə inkşaf etmişdir. Eyni zamanda ölkələrimiz hər zaman beynəlxalq miqyasda da bir-birini dəstəkləmişdir. İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misirə rəsmi səfər etdi. Bu səfər Azərbaycanla Misir arasındakı mövcud əlaqələrin daha da inkişafına və yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına böyük təkan verəcək. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalandı ki, bu da səfərin məhsuldarlığının və səmərəliliyinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində mətbuata verdiyi bəyanatında cənab Prezidentimiz İlham Əliyev ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrindən, eyni zamanda İslam Həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylərdən danışdı: "Əlbətdə, ölkəmiz digər sahələrdə olduğu kimi İslam Həmrəylinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir, təşəbbüslərlə çıxış edir. Azərbaycanın müəllifi olduğu bu təşəbbüslər İslam ölkələri tərəfindən təqdir edilir, yüksək qiymətləndirilir. Ölkəmiz İslam ölkələrinin həmrəyliyinin gücləndirilməsində əvəzsiz və xüsusi rola malikdir.
Çıxışında yaxın Şərqdəki vəziyyətə toxunan Ali Baş Komandanımız cənab İlham Əliyev müharibənin dayandırılmalı olduğunu bildirdi və qeyd etdi ki, bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Bu bir daha dövlətimizin və dövlət Başçımızın humanistliyinin, sülh tərəfdarı olmasını göstərmiş oldu.
Daha sonra dövlət Başçımız ölkələrimiz arasındakı artan ticarət dövriyyəsi haqqında danışdı və nəqliyyat-logistika sahəsi üçün gözəl əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi. Bütün bunlar bir daha onu deməyə əsas verir, bundan sonra da Azərbaycan Misir əlaqələri daha da inkşaf edəcək. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi iki ölkə arasındakı əməkdaşlıqda yeni inkşaf səhifə açmış oldu.
Bu gün Azərbaycanda müdrik və uğurlu xarici siyasət kursu həyata keçirilir. Bunun da nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Ölkəmizin inkşafı, xoşbəxt gələcəyi və Azərbaycanın dünyada nüfuzunun, qüdrətinin artması naminə ölkə başçımız cənab İlham Əliyev gecə gündüz yorulmadan çalışır".
Alim Hüseynli
Olaylar.az