Fransanın rəsmi bəyanatı ilə həyata keçirdiyi siyasət arasında ciddi uçurum var- ÖZƏL

"Dünyanın müxtəlif ölkələrində guya insan hüquqlarının azadlığı, insan hüquqlarının pozulması ilə bağlı məsələlərə münasibət bildirən Fransanın özündə biz son illər polis zorakılığının artdığını müşahidə etməkdəyik". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bir neçə il öncə Fransanın özündə sarı jiletlilərin etiraz aksiyaların necə dağıdıldığının, bütün dünya şahidi oldu və indi də yeni etiraz aksiyaçılarına qarşı sərt güc tətbiq olunmaqdadır. Məhz bunlar bir daha onu göstərir ki, özünü demokratiyanın beşiyi sayan və dünya demokratiyasında guya önəmli rolu olan bir dövlətin bəyanatları ilə heç də davranışlara uyğun gəlmir. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi öz narahatlığını ifadə edib. Bununla da əslində, həm də Fransa və bu cür dövlətlərə mesaj vermiş olur ki, yalnız bu dövlətlər dünyada demokratiyanın və insan hüquqlarının azadlıqlarının təminatçıları deyillər. Bu dəyərlər universal dəyərlərdir və hər bir dövlətin buna əməl etmək kimi öhdəliyi var. Fransa da bu dəyərlərə hörmət etməlidir. İnsan hüquqlarının qorunmasına riayət etməli və zorakılığa əl atmamalıdır. Fransanın, ümumiyyətlə, rəsmi bəyanatı ilə həyata keçirdiyi siyasət arasında ciddi uçurum var. Qeyd etdiyimiz kimi, bir tərəfdən demokratiyadan, insan haqlarından danışılırsa, digər tərəfdən həm öz vətəndaşları olan insanların etiraz etmək hüquqlarına qarşı sərt rəftar sərgiləyir, digər tərəfdən özünün müstəmləkələrində elementar insan hüquqlarının həyata keçirilməsinə imkan vermir. Həmin müstəmləkə ərazilərində insan hüquqları, insanların sağlamlığı, ekoloji fəlakət və sair kimi məsələlər ciddi şəkildə həyata keçirilir ki, bu da Fransanın bir dövlət olaraq mahiyyətini ortaya çıxarmış olur".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31