Əgər Zəngəzur dəhlizi açılarsa...- ÖZƏL
12 İyun 2024 17:51 Siyasət"Bilirik ki, Orta Dəhliz bu gün dünyada ticarət şəbəkəsinin daha da aktuallaşması üçün çox mühümdür. Şərqdən Qərbə, Qərbdən Şərqə doğru geniş ticarət axını mövcuddur".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu zaman-zaman sabitliyin olmadığı bölgələrdən keçəndə, təbiət hadisələri səbəbilə gecikmələrə məruz qalır. Lakin bu gün dünyada Orta Dəhlizin keçdiyi ərazilər, xüsusən Cənubi Qafqazda Xəzər dənizi sahilində Azərbaycanın olduğu bölgə tamamilə stabil bir haldadır. Azərbaycanın bu stabilliyi və iqtisadi potensialı imkan verir ki, Orta Dəhlizə gedən mallar Xəzər dənizi, Azərbaycan torpaqları vasitəsilə Avropaya çatdırılsın. Bunun üçün Azərbaycan eyni şəkildə Zəngəzur dəhlizinin açılmağını istəyir. Əgər Zəngəzur dəhlizi açılarsa, Orta Dəhliz xəttinin potensialı daha da artacaqdır".
Zeynəb Rzayeva, Olaylar.az