Sülhməramlılar Azərbaycanı tam tərk etdi - RƏSMİ
12 İyun 2024 15:04 SiyasətVətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31