Azərbaycan həmişə münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub- ÖZƏL

"Prezident İlham Əliyevim Misirə budəfəki səfəri Azərbaycan-Misir əlaqələrinin inkişafına böyük töhfə verəcək və yeni inkişaf mərhələsinə qədəm qoyacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Ölkə başçımız Misirə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi. Çıxışında cənab İlham Əliyev Misirlə Azərbaycan arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Misir bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir və eyni mövqedən çıxış edirlər. Hər iki dövlət islam həmrəyliyinin gücləndirilməsində birgə səylər göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında 4 illik fəaliyyətində Misir ölkəmizə böyük dəstək göstərib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın beynəlxalq aləmdə nüfuzu xeyli artmışdır. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə İsrail-Fələstin münasibətlərinin tənzimlənməsini diqqətdə saxlamışdır. Azərbaycanın mövqeyi hər zaman birmənalı olmuşdur və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmişdir. Azərbaycan həmişə münaqişələrin sülh və danışıq yolu ilə tənzimlənməsinin tərəfdarı olmuşdur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31