“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqləndi
11 İyun 2024 15:31 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında" fərman imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı" təsdiq edilib.
Eyni zamanda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" təsdiqlənib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.