Türk birliyi dünyada böyük gücə çevriləcək- ÖZƏL
11 İyun 2024 13:23 Siyasət"Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, ərazilərimizin yenidən qurulmasında Türkiyə şirkətləri çox yaxından iştirak edir: "Xüsusilə nəqliyyat infrastrukturunun yenidən qurulmasında Türkiyə şirkətləri böyük layihələrlə çıxış edir. İşğaldan azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstan dövlətləri tərəfindən məktəbi və incəsənət mərkəzi inşa edilərək Azərbaycana hədiyyə edilmişdir. Qırğızıstan Ağdam rayonunda, Macarıstan isə Cəbrayılda öz vəsaitləri hesabına məktəb inşa etdirəcək. İşğaldan azad edilmiş ərazilərdə Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir. Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimizin ərazisində zəngin təbii sərvətlər var və demoqrafik vəziyyət çox müsbətdir. Bütün bu potensialların birləşməsi dünya miqyasında Türk dünyasını böyük gücə çevirəcək".
Alim Hüseynli
Olaylar.az