ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində səyləri dəstəkləyir - Ceyms O'Brayen
11 İyun 2024 12:37 SiyasətABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində səyləri dəstəkləyir.
Olaylar xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Brayen Ermənistanınxarici işlər naziri Ararat Mirzoyanla birgə iştirak etdiyiABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.
O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının əhəmiyyətini vurğulayıb.
"Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində çalışırıq. Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək və biz bu istiqamətdə səyləri dəstəkləməkdən məmnunuq", - o deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31