Ermənistan konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşacaq - ÖZƏL

"Ermənistan bu məsələdə ciddi addımlar atmır. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması ilə regionda sülhə nail olunub. Bunun bir oxşarı  Cənubi Qafqazda da ola bilər".


Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Hesab edirəm ki, İrlandiya modeli də onu göstərir ki, qonşu ölkələr aralarında normal münasibətlər təsis etmək istəyirsə, öz konstitusiyalarına, dövlət aktlarına düzəlişlər etməli və bu düzəlişlər əsasında münasibətlərini davam etdirməlidir. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiyaya  zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Əgər Ermənistan konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31