Ölkəmiz türk dünyasının sıx birləşməsi naminə ciddi səylər göstərib- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul etdi. Cənab Prezidentimiz qəbul zamanı ölkəmizin xarici siyasətində Türk Dünyasının gücləndirilməsinin mühüm yer tutduğunu diqqətə çatdırdı və vurğuladı: "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatatı Sədaqət Vəliyeva deyib: "Dövlət Başçımız işğaldan azad olunmuş ərazilərimizdə türk şirkətlərinin təşəbbüsü və dəstəyi ilə bir sıra mərkəzlərin fəaliyyətə başladığını qeyd etdi. Əlbətdə bu birliyimizin nümayişi olmaqla yanaşı həm də ölkəmizin Türk Dünyasında malik olduğu böyük hörmətin göstəricisidir. Ümumilikdə Azərbaycan Türk Dünyası ölkələri arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə və təkan verməkdədir və ölkəmiz mövcud səyləri bundan sonra daha da artıracaqdır.
Bu gün Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Türkdilli ölkələr arasında əlaqələrin inkşafında aparıcı rol oynayan ölkəmiz türk dünyasının sıx birləşməsi istiqamətində də böyük səylər göstərmiş və töhfələr vermişdir. Eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələr üzrə daha da möhkəmləndirilməsidir. Bu istiqamətdə ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev böyük və nümunəvi fəaliyyəti ilə seçilmişdir ki, bu fəaliyyətin nəticəsi olaraq möhtərəm Prezidentimiz dəfələrlə türk dünyasının ən ali orden və medalları ilə təltif edilmişdir".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31