Musa Qasımlı Yessenov Universitetinin rektoru ilə görüşüb- ÖZƏL

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Yessenov Universitetinin rektoru ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "15 iyun Milli Qurtuluş Günü münasibətilə Aktauda keçirilən tədbirlər çərçivəsində Baş konsulumuz Elçin Məmmədovun iştirakı ilə Qazaxıstanın yeni qurulmuş universitetlərindən biri olan Yessenov Universitetinin rektoru professor Berik Axmetovla görüşdük. Rektor hədəflərdən danışdı. Universitetin 10 min tələbəsindən min nəfəri xarici ölkələrdəndir. Azərbaycan universitetləri ilə əlaqələr qurublar. Rektora ulu öndər Heydər Əliyev haqqında yazdığımız (Musa Qasımlı, Elnur Kəlbizadə, Günel Musayeva və Samirə Həbibbəyli) kitabı bağışladım".


Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31