Qərb dövlətləri Azərbaycanla bağlı məsələlərə ikili standartlarla yanaşırlar- ÖZƏL
11 İyun 2024 10:31 Siyasət"Biz, Qərbdən özümüzə qarşı istər Qarabağ problemi, istər digər məsələlərlə bağlı hər zaman ikili yanaşmanı müşahidə etmişik. 30 illik işğal dövründə ATƏT-in Minks qrupunun həmsədrləri turist səfərlərindən başqa heç bir çalışma etmədilər, heç nə ilə yadda qalmadılar və biz problemimizi özümüz həll etdik".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:
"Nəinki konfrans təşkil etmək, heç onların problemini həll etmək istəklərini də görə bilmədik. Bu istiqamətdə heç bir ciddi addım atmadılar. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənmə dövrüdür. Sülh sazişinin imzalanması üçün çalışmalar gedir. Biz Qərb ölkələrinin bu istiqamətdə də pozitiv, təqdirəlayiq addımlarını görə bilmirik. Ukrayna ilə bağlı davranışlar və digər məsələlər onu göstərir ki, Qərb siyasətçiləri ikiüzlüdürlər, Qərb dövlətləri Azərbaycanla bağlı məsələlərə ikili standartlarla yanaşılar. Bu səbəbdən də belə hallar bizim üçün yenilik deyil, amma təəssüf edirik və qınayırıq".
Qiymət Mahir,
Olaylar.az