İrakli Çikovani Azərbaycanda səfərdədir

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

Olaylar xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31