Qərbin maraqlarına yönəlik siyasi manipulyasiyalardan biri-Qlobal Sülh Sammiti- ÖZƏL

"Qərb siyasi dairələri Cənubi Qafqazdakı münaqişələrin həllində qətiyyən maraqlı deyillər. O cümlədən Minsk qrupunun fəaliyyəti də formal xarakter daşıyırdı. Minsk qrupu ermənipərəst mövqe tutaraq Qarabağ probleminin ümumiyyətlə həll olunmaması istiqamətində addımlar atırdı".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Həmin dövlətlərin Cənubi Qafqazda maraqları var idi və Qarabağ probleminin əbədi olaraq qalması onların maraqlarına tam cavab verirdi. Ona görə də Minsk qrupu və Qərb Qarabağ probleminin həlli istiqamətində heç bir pozitiv addım atmadı. Əksinə, həmin problemin mövcudluğunun əbədi qorunması istiqamətində fəaliyyət göstərdi. 
Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlik cəhdlərə gəldikdə, bu da əslində daha çox formal xarakter daşıyır. İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti Ukrayna savaşını dayandırmaq, sülh sazişinin imzalanmasına nail olmayacaq. Bu, əvvəlcədən görünür. Həmin qlobal sammitə əsas oyunçular dəvət olunmayıb. Ukrayna savaşının əsas iştirakçılarından olan Rusiya həmin sammitə dəvət olunmayıb. Əgər müharibənin iki tərəfi varsa, onlardan biri Rusiyadır. Rusiya da bu sammitdə iştirak etmirsə, İsveçrədə Ukrayna savaşını necə dayandıracaqları müəmmalı məsələdir. Belə tədbirlər daha çox Qərb siyasi dairələrinin maraqlarının araşdırılmasına yönəlik siyasi manipulyasiyalardan başqa bir şey deyil".

Qiymət Mahir

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31