Azərbaycan Prezidentinin Misirə səfəri iki ölkə arasında münasibətlərə bundan sonra da təkan verəcək hadisədir- ÖZƏL
10 İyun 2024 14:27 Siyasət"Azərbaycan Prezidentinin Misirə səfəri önəmli bir hadisədir. Belə ki, Azərbaycan müstəqilliyini qazanandan Misirlə normal münasinətlər formalaşıb və qarşılıqlı səfərlər həyata keçirilib".
_(1)_(2)_(1).jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Nəzərə almaq lazımdır ki, Misir Şimali Afrika və Yaxın Şərqin ən önəmli ölkələrindən biridir. Həm əhali resursuna, təbii imkanlarına, regionda oynadığı rola və ərəb dünyasının ən önəmli ölkələrindən biri olması baxımından çox vacib bir ölkədir. Xüsusilə də, nəzərə alsaq ki, Misir İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında Azərbaycanla birgə fəaliyyət göstərir və ölkələr arasındakı münasibətlər kifayət qədər intensiv hal almaqdadır. Keçən il Misir Prezidentinin Azərbaycana səfəri, o cümlədən Azərbaycan Prezidentinin Misirə səfəri də bu münasibətlərin göstəricisi sayıla bilər. Məhz Azərbaycanın apardığı siyasət məhz bu yönümlüdür. Qərb, Şərq, Şimal, Cənub bütün tərəfdaşlarla normal münasibətlər və qarşılıqlı faydalı əsaslarda əlaqələr mövcuddur. Bu baxımdan Azərbaycanın Misirə səfəri və orada keçirilən görüşlər iki ölkə arasında münasibətlərə bundan sonra da təkan verəcək hadisədir. Bu görüşlərin əhəmiyyəti kifayət qədər böyükdür. Eyni zamanda, bu səfərdə Azərbaycanın Fələstin məsələsi ilə bağlı mövqeyi bir daha ifadə olundu. Belə ki, bu məsələlərdə Misirin ərəb dünyasında rolu xüsusidir. Nəzərə alsaq ki, Misir Qəzza zolağı ilə birbaşa sərhəddə yerləşən ölkədir və Fələstin məsələsində kifayət qədər həssasdır. Eyni zamanda, Azərbaycan kimi Misir də diplomatik münasibətlərə malik olan bir ölkədir və normal münasibətləri var. Bu baxımdan bütün istiqamətlərdə bu səfərin Azərbaycan-Misir münasibətlərinin bundan sonrakı inkişafına ciddi təsir edəcəyini düşünə bilərik".
Zeynəb Rzayeva, Olaylar.az