Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfərə gedib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Minsk Milli Hava Limanında Milli Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri NatalyaKoçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik daimi komissiyasının sədri SergeySivets, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər rəsmi şəxslər daxildirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31