Bu səfər Azərbaycan-Misir arasındakı əlaqələrdə yeni üfüqlər açacaq- ÖZƏL
8 İyun 2024 14:06 Siyasət"Azərbaycanla Misir arasında gözəl münasibətlər var. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Bu əlaqələrin inkişaf üçün dövlət başçılarının, rəsmilərinin səfərləri də böyük önəm daşıyır və əlaqələri inkişaf etdirir. Burada ilk yeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşılıqlı səfərləri tutur. Ümumiyyətlə Azərbaycanın başda Misir olmaqla ərəb dünyası, İslam ölkələri ilə çox nümunəvi əlaqələri mövcuddur. Prezident İlham Əliyevin Misirə səfərindən sonra Azərbaycan-Misir arasındakı əlaqələrdə yeni üfüqlər açılacaq. Bu səfərlər münasibətlərin daha da inkişaf edib yüksək səviyyəyə çatmasında mühim rol oynayacaq".
Qiymət Mahir