Misirin ali rəhbərliyi ilə görüşlər iki ölkə münasibətlərinin yeni məcrasını ehtiva edir-Tural İsmayılov- ÖZƏL
8 İyun 2024 13:10 Siyasət"Azərbaycan-Misir münasibətləri iki ölkə arasındakı dostluq əlaqələrini inkişaf etdirir. Eyni zamanda, Azərbaycan-Misir münasibətlərinin bu gün inkişaf etməsi həm də Azərbaycanla müsəlman dünyası, özəlliklə Afrika ölkələri arasındakı əlaqələrin güclənməyi fonunda baş verir".
.jpg)
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana hər zaman önəm verir. Onun daha əvvəl Bakıya səfərləri olmuşdur. Azərbaycan-Misir münasibətlərinin inkişafı kontekstində cənab Prezidentin Misirə səfər etməsi, Misirin ali rəhbərliyi ilə görüşlər keçirməsi iki ölkə münasibətlərinin yeni məcrasını ehtiva edir. Misir çox həssas və önəmli bir coğrafiyada yer alır. Belə bir ölkənin bu gün Azərbaycanla əlaqələri ən yüksək səviyyəyə çatdırması bizim ölkələrarası münasibətlər sisteminin daha da inkişaf etməsinə səbəb olur".
Zeynəb Rzayeva, Olaylar.az