Ermənistanın Azərbaycanla ortaq şəkildə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməlidir- ÖZƏL

"Nə qədər qəribə olsa da, Ermənistan ATƏT-in Minsk qrupundan hələ də möhkəm-möhkəm yapışıb, hansısa səbəbdən Minsk qrupunun fəaliyyət göstərməsinə cəhd edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Hətta bəzi Minsk qrupuna həmsədr olmuş ölkələrin Cənubi Qafqaz üzrə təmsilçilərini Minsk qrupunun həmsədri kimi təqdim etməyə çalışır. Bu da reallıqda heç bir əsası olmayan mövqedir və məntiqsizdir. Rəsmi Bakının Ermənistana ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı ortaq təklif irəli sürməsi özü də çox önəmli bir addımdır. Əgər Ermənistan konstruktiv mövqe tutmaq istəyirsə, mövcud iki dövlət arasında olan ziddiyyətləri, problemləri həll etmək istəyirsə, Minsk qrupunun buraxılmasına, ləğv olunmasına görə ortaq şəkildə müraciət olunması ilə bağlı razılığa gəlməlidir. Çünki artıq rəsmi Bakı ikitərəfli görüşlərə, təmaslara, birbaşa müzakirələrə daha çox üstünlük verir və Minsk qrupunun həmsədrləri müzakirələrədə iştirak eləmir. Rəsmi Bakı bunu qəbul eləmir və bu baxımdan Ermənistanın da Azərbaycanla ortaq şəkildə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməsi daha doğru addım olardı. Çünki bundan sonra heç bir halda ATƏT-in Minsk qrupu Cənubi Qafqazdakı proseslərdə, xüsusilə də Azərbaycan və Ermənistan arasındakı problemlərin həllində heç vaxt iştirak edə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31