Aİ ayrı-seçkilik edir, bəzi dövlətlərə müstəmləkə gözü ilə baxır-Mübariz Göyüşlü- ÖZƏL

"Bu  məsələ ilə qarşılaşmağımız birinci dəfə deyil. Aİ-ə üzv olmasaq da inteqrasiya baxımından müəyyən proqramlara qoşulmuşuq". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib:

"Amma hər zaman ayrı-seçkiliklə qarşılaşırıq. Məsələn, Aİ Gürcüstanın ərazi bütövlüyünə bir cür yanaşır, Ukraynanı gecə-gündüz müdafiə edir, silah verib dəstək olurlar. Bizə gələndə isə nəinki dəstək olmaq, tənqid etdilər, embarqo ilə hədələdilər. Bu mənada Aİ ayrı-seçkilik edir, bəzi dövlətlərə müstəmləkə gözü ilə baxır. Xüsusən, Fransa və Almaniya Avropa mərkəzçilik ideyasından çıxış edərək Avropanı digər dövlətlər, xalqlar üzərində bir təşkilat, vahid bir güc kimi formalaşdırıb hegemonluq etmək istəyirlər. Avropa İttifaqının üzvü olan Macarıstan davamlı olaraq ayrı-seçkiliklə qarşı-qarşıyadır. Çünki müstəqil siyasət yürüdür. Azərbaycanla, Türkiyəylə, Rusiyayla bağlı məsələlərdə fərqli mövqedən çıxış edir. Makron kimi düşünmür və buna məcbur da deyil. Yaxud Avropanın mərkəzində Serbiya dəfələrlə məhz müstəqil siyadət yürütməyə çalışdığına görə Fransanın, Almaniyanın təzyiqləri ilə üz-üzə qalır. Bu yaxında Sloveniyanın Baş naziri müstəqil siyasət yürütmək istədiyini bəyan etdiyimə görə terror hücumu ilə qarşı-qarşıya qaldı. Bu qurum əhəmiyyətsizdir deməklə bu məsələ həll olunan deyil. Buna qarşı kollektiv özünüqoruma davranışı ilə yanaşmalıyıq. Türk Dövlətlər Təşkilatı var və o gücləndirilməlidir ki, bu və sairə qurumlar bizə qarşı ədalətsiz yanaşmalar sərgiləyib hegemonluq edə bilməsinlər".

 

 

Zeynəb Rzayeva, Olaylar.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31