Bu cür siyasət və münasibət qurumun etibarlılığına mənfi təsir edir-Oqtay Qasımov- ÖZƏL
7 İyun 2024 17:51 Siyasət"Təbii ki, Aİ-də olan dövlətlərin hamısının mövqeyi heç də eyni deyil. Baxmayaraq ki, orda alınan qərarlar dövlətlər üçün istiqamətləndirici əhəmiyyətli sayılır. Bəzi ölkələr qurumun rəsmi siyasəti ilə bəzi hallarda razılaşmır və öz müstəqil mövqelərini ifadə edirlər".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Onlara qarşı bəzən müəyyən təzyiq elementləri seçilir. Konkret olaraq Macarıstanın timsalında bunu görə bilərik. Digər üzv dövlətlər nisbətən müstəqil yanaşma nümayiş etdirər və ümumi prinsiplərdən müəyyən qədər kənarlaşarsa, onlara qarşı təzyiq edilir. Bu da təbii ki, dövlətlərin özlərinin maraqlarına zidd olur. Bu cür siyasət və münasibət qurumun həm etibarlılığına həm də gələcək var olma, fəaliyyət göstərmə imkanlarına mənfi təsir edir".
Zeynəb Rzayeva, Olaylar.az