Azərbaycan Minsk qrupunun bütün funksiyaların icra edib- ÖZƏL
7 İyun 2024 17:50 Siyasət"Minsk qrupunun ləğv olunması hazırda zamanın tələbidir, çünki Minsk qrupu faktiki olaraq heç bir funksiyaya malik olmayan, lazımsız bir quruma çevrilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Azərbaycan Minsk qrupunun icra etməli bütün funksiyaların hamısını icra edib, sona çatdırıb. Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib. BMT-nin sanksiyalarını, qətnamələrini, Azərbaycan hərbi yolla reallaşdırıb. Artıq ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmayıb. Ona görə də rəsmi Bakının əsas, prinsipial mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu rəsmi şəkildə buraxılmalı, ləğv olunmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31