Azərbaycan iqtisadiyyatının, ordusunun, əhalisinin sürətlə inkişaf etməsi onlarda qəzəb, hiddət doğurur- ÖZƏL
7 İyun 2024 15:58 Siyasət"Bu gün Avropada neokolonialist siyasət davam edir. Aİ ölkələrinin bir çoxu hesab edir ki, kim onların dedikləri ilə oturub durar, maraqlarına xidmət edərsə, ən yaxşı müttəfiq onlardır".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin maraqlarına xidmət etməyən Aİ-nin düşmənidir. Aİ-də bu gün neokolonialist siyasətin başında Fransa durur. Biz çox yaxşı bilirik ki, Fransa başda olmaqla bir çox Avropa ölkələri cənab Prezidentin də ifadə etdiyi kimi Azərbaycana qarşı Soyuq müharibə elan etmişdilər. Onların bunu etmə səbəbi bu gün Azərbaycanın öz müstəqil xarici siyasətini həyata keçirməsi, Avropa coğrafiyasında Azərbaycanın digər ölkələrdən fərqli olaraq öz haqqını müdafiə etməsidir. Cənubi Qafqazda, eləcə də bütün Şərqi Avropada Azərbaycanın güclənən nüfusudur. Öz alətləri kimi gördükləri Ermənistanın Azərbaycanda işğal etdiyi torpaqları itirməsi, Azərbaycanın mükəmməl bir qələbə çalması, Azərbaycan iqtisadiyyatının, ordusunun, əhalisinin sürətlə inkişaf etməsi onlarda qəzəb, hiddət doğurur. Bu tarixi bir reallıq, bu günün gerçəkliyidir. Yaxşı olar ki, Avropa ölkələri Azərbaycana münasibətdə düşmənçilik əvəzinə bunu xeyirli qarşılıqlı əməkdaşlıqla əvəz etsinlər".
Zeynəb Rzayeva, Olaylar.az