Beynəlxalq şirkətlər ölkəmizə etibar edirlər- ÖZƏL
7 İyun 2024 15:08 Siyasət"Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxış etdi. Çıxışında ölkə başçımız Xəzər Neft və Qaz sərgisinin 1994-cü ildən fəaliyyətə başladığı və o vaxtdan sərginin bu gün böyük bir tədbirə çevrildiyini, bu gün Azərbaycanın dünyanın enerji tələbatının ödənilməsində mühüm rol oynamasını vurğuladı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva detib: "Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadi cəhətdən ağır günlər yaşayırdı. Azərbaycanda yoxsulluq ən yüksək səviyyədə idi. Digər tərəfdən Ermənistan torpaqlarımızı işğala məruz qoymuşdur, vətəndaş müharibəsi ölkəmizi uçuruma aparırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadi siyasi sahələrdə böyük uğurlar qazanmaqa başladı. İqtisadiyyatımızın bütün sahələri ilə yanaşı enerji sahəsində də böyük dirçəliş baş verdi. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. 3 il sonra "Çıraq" yatağından ilk neft hasil olunmağa başladı. Həmin vaxtdan bu günədək Birləşmiş Krallığın "BP" və ABŞ-ın "AMOCO" beynəlxalq şirkətləri Azərbaycanla əməkdaşlıq edir və ölkəmizə etibar edirlər".
Alim Hüseynli
Olaylar.az