Bəhreynin Kralı İlham Əliyevi təbrik edib
7 İyun 2024 15:11 SiyasətBəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar bildirir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31