Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi
7 İyun 2024 14:06 SiyasətQırğızıstanın Azərbaycandakı səfiri dəyişib.
Olaylar bildirir ki, bu barədə Qırğızıstanın "Kabar" Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Prezident Sadır Japarovun sərəncamı ilə Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
Qırğızıstan dövlət başçısının digər sərəncamı ilə diplomatik missiyanın keçmiş rəhbəri Kayrat Osmonəliyev tutduğu vəzifədən geri çağırılıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31