Azərbaycan alternativ enerji istiqamətində mühüm addımlar atır- ÖZƏL
7 İyun 2024 12:25 Siyasət"Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək". Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ilə bağlı keçirilən ciddi layihələr var. Azərbaycan günəş və külək enerjisinin əldə olunması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirir. Bu mənada bu forumun çox böyük əhəmiyyəti və faydası var.
Bakıda keçirilən neft-qaz forumu Azerbaycan həqiqətlərinin təbliği və Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq dünyanın nəbzinin tutulduğu, dünyanı düşündürən, narahat edən bir çox vacib mövzuların müzakirə olunduğu bir məkana çevrilib. Bu da Azərbaycanın nüfuzunun artmasına, Azərbaycanın və ona olan etimadın, inamın artmasına öz ciddi və müsbət təsirini göstərir".
Alim Hüseynli
Olaylar.az