Spiker deputatlara irad bildirdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında "2024-cü il dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlar  zalı tərk edib. Olaylar xəbər verir ki, deputatlara irad bildirən spiker Sahibə Qafarova həmin deputatları sözügedən qanun layihəsinin müzakirəsində aktiv olmağa dəvət edib: "Müzakirəyə çıxarılan hər üç qanun lahihəsi ciddi məslələrdir. Müzakirələrə qatılmaq istəməyənlər artıq zalı tərk ediblər. Xahiş edirəm, müzakirələrdə aktiv iştirak edin. Bir-birimizə qulaq asaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31