Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır- ÖZƏL
7 İyun 2024 11:40 Siyasət"2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, böyük hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib. Belə ki, COP29-a ev sahibliyini üzərinə götürməklə və yaşıl enerjiyə keçid sahəsində bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub. 4 iyun tarixində start verilən Bakı enerji həftəsi deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir".
Alim Hüseynli
Olaylar.az