İdxaldan asılı olan ölkələr etibarlı tərəfdaş axtarırlar- ÖZƏL

"Bakı Enerji Həftəsinin bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması çox əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Prezident İlham Əliyevin neft və qaz ehtiyatları ilə zəngin olan ölkəmizin iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə də öndə olmasının zəruriliyi barədə səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu dünyanın diqqət mərkəzinə çəkdi: "Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir." Əminliklə deyə bilərik ki, noyabr ayında Azərbaycana səfər edəcək hər kəsə bu nüfuzlu tədbirin gedişində həm öz ölkəsini, həm də qlobal miqyasda bütün dünyanı narahat edən problemləri ətraflı müzakirə edə bilmək üçün hər cür şərait yaradılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31