“Moskva və Bakı konsulluq məsələsini müzakirə edir” - Qaluzin
6 İyun 2024 19:31 SiyasətMoskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir.
Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə uğura ümid edir.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bir müddət öncə ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31