Ermənistan özü kimi hamını avantürist göstərməyə, sülh prosesindən yayınmağa çalışır- ÖZƏL

"Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı heç bir torpaq iddiası, işğalçı fikir yoxdu. Azərbaycan Konstitusiyası tamamilə demokratik, hüquqi dövlətin prinsiplərini açıqlayır". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:

"Azərbaycan Konstitusiyası sadəcə Azərbaycan torpaq bütövlüyündən bəhs edir. Bunu Konstitusiya müddəaları da beynəlxalq və ölkə daxilindəki çıxışlarda da cənab Prezident tərəfindən dilə gətirilib. Biz hər zaman heç bir ölkənin torpağında gözümüz olmadığını ifadə edirik. Lakin Ermənistanın dövlət atributları elə deyil. Gerbindən, Konstitusiyasına qədər fərqli-fərqli dövlət nişanlarına, siyasilərin iddialarına, hətta reklam çarxlarına qədər siyasi mesajları, Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı torpaq iddiaları, "Böyük Ermənistan" xülyaları var. Ermənistan özü kimi hamını avantürist göstərməyə, sülh prosesindən yayınmağa çalışır. Ermənistan burada səmimidirsə, sadəcə öz Konstitusiyasını dəyişsin. Ortaya qoysun ki, bizim Konstitusiyada nə var ki, sülhün qarşısını alır? Mirzoyan çıxışında "Azərbaycan Konstitusiyasında olan bu maddə qarşımızda durur" demir, çünki özü də bilir ki, avantürist və yalan informasiyalar verir"

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31