Ermənistan şükür etməlidir ki, biz döyüşlərdə qalib gəlməyimizə baxmayaraq, sülh əlimizi uzatdıq - ÖZƏL
6 İyun 2024 16:25 Siyasət"Mən Ermənistanın, onun istər rəsmi, istər qeyri-rəsmi nümayəndələrinin fikirlərini ciddi saymıram".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Çünki bilirsiniz, Ermənistanın elə bir gücü yoxdur ki, o, Azərbaycana qarşı hər hansı bir hərbi addım ata bilsin və ya nəsə iddialar qaldırsın. Hələ onlar şükür etməlidirlər ki, biz döyüşlərin hamısında qalib gəlməyimizə baxmayaraq, onlara sülh əlimizi uzatdıq. Onlar bizə minnətdar olmalıdırlar ki, biz sülhsevər yanaşma nümayiş elətdirmişik. Ermənistanın Azərbaycana qarşı əgər hər hansısa bir formada, kiçik də olsa, hərbi, terrorçu, təxribatçı fəaliyyətləri olarsa, Azərbaycan necə ki, iniyə qədər sərt, laiqli cavab verib, bundan sonra da sərt və laiqli şəkildə cavab verəcək.
Mən erməni nümayəndələrinin bu fikirlərinə ciddi yanaşmıram. Yəni, erməni nümayəndələrinin bu cür açıqlamalarını reallıqda onların gücü ilə uzlaşdığını zənn eləmirəm. Onların sadəcə olaraq buna gücü yetməz".