Sərkisyanın Ermənistan parlamentində bildirdiyi fikirlərlə bağlı məsələ müzakirə predmeti deyil - ÖZƏL
6 İyun 2024 16:25 Siyasət"Ermənistanın indiki məqamda Azərbaycanla növbəti qarşıdurmaya getmək üçün nə gücü, nə də ki, potensialı var".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Göyçənin qubernatoru Karen Sərkisyanın Ermənistan parlamentində bildirdiyi fikirlərlə bağlı məsələ müzakirə predmeti deyil. Prinsip etibarilə, bu məsələlər sərhəd komissiyalarının görüşləri zamanı müəyyən edilir və tərəflər adətən də razılığa gəlirlər. Ermənistan tərəfi bu məsələdə tələskənlik göstərər və güc yolundan istifadə etməyə çalışarsa, təbii ki, Azərbaycan da buna layiqli cavab verəcəkdir.
Mən ümumi mənada hazırkı proseslər çərçivəsində Ermənistanın hərbi varianta əl atacağını düşünmürəm. Xüsusilə də Ermənistanda keşiş Baqratın aksiyaları davam edir və bu aksiya davam etdiyi bir zamanda Ermənistan bu yola çətin ki, addım atsın".