Azərbaycan TÜRKPA-ya sədrlik işini yüksək səviyyədə yerinə yetirəcək- ÖZƏL

"Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) kifayət qədər sanballı təşkilatdır. Hesab edirəm ki, burda rotasiya qaydası ilə idarəetmə var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Azərbaycan, Türkiyə, Qazaxıstan, digər türk dövlətlərinin hər birisi rəhbərlik edirlər. Sədrliyin Azərbaycana keçməsi də müsbətdir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir və Azərbaycan bu qurumun yaranmasında aparıcı rol oynayıb. Bizim onu idarə etmək təcrübəmiz də kifayət qədər genişdir. Azərbaycan hər zaman rəhbərlik etdiyi beynəlxalq təşkilatlarda kifayət qədər fəallıq edərək onların çalışmalarını, onların qarşısına qoyduqları məqsədlərin yüksək səviyyədə yerinə yetirilməsində çox böyük rol oynayıb. Bu mənada hesab edirəm ki, rotasiya müsbətdir. Azərbaycan bu prosesi yüksək səviyyədə yerinə yetirə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31