Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə regional təşəbbüslərə liderlik etmək imkanı artacaq- ÖZƏL
6 İyun 2024 13:52 Siyasət"Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) sədrliyinin Türkiyədən Azərbaycana keçməsi, regionda əməkdaşlığı gücləndirmək və bir sıra mühüm məsələlərdə koordinasiyanı artırmaq baxımından mühüm bir addımdır. Bu keçid, hər iki və bütün türk ölkələri arasındakı diplomatik və parlament əlaqələrini daha da möhkəmləndirəcək".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Azərbaycanın sədrliyi dövründə ölkənin regional təşəbbüslərə liderlik etmək imkanı artır, bu da onun beynəlxalq arenada daha fəal rol oynamasına şərait yaradır. Həmçinin, bu dəyişiklik, Türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi inteqrasiyanı daha da dərinləşdirə biləcək layihələrə və təşəbbüslərə yol açacaq. Azərbaycanın bu yeni rolu, onun strateji məqsədlərinə uyğun olaraq, regiondakı əməkdaşlığı daha da möhkəmləndirmək və ortaq mədəniyyət, tarixi dəyərləri qoruyub saxlamaq üçün yeni imkanlar yaradır".
Qiymət Mahir, Olaylar.az