Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər- ÖZƏL

"Mövcud hüquq deyil,  enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Bakı Enerji Həftəsində kifayət qədər düşündürücü mülahizələr, enerji diplomatiyasının dünya nizamının tənzimlənməsində rolu ilə bağlı fikirlər səsləndirildi. Heç şübhəsiz ki,  hazırda dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. 
Müşahidələr göstərir ki,  dünyada kəskinləşən münasibətlərin mülayimləşməsi üçün beynəlxalq hüququn gücü yetərli deyil. Zorakı yollarla, beynəlxalq hüququ tapdalamaqla təhlükəsizliyi təmin etmək, dövlətlərlərarası münasibətləri tənzimləmək mümkünsüzdür. 
Qənaətimcə, belə məqamda enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə, regionda və beynəlxalq aləmdə siyasi, iqtisadi mümanasibətlərin cilalanmasına təkan verə bilər. Azərbaycan bu prosesə öz töhfəsini verməklə enerji diplomatiyasında yeni platforma yaradır. 
Görünən odur ki, dünyanın yeni iqtisadi-siyasi arxitekturasının qurulmasında Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində bu proseslərin davamlı şəkildə davam edəcəyi real görünür".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31